Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu xarici universitetlərin verdiyi 385 diplom tanınmadı -SİYAHI

Bu xarici universitetlərin verdiyi 385 diplom tanınmadı -    SİYAHI
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 385 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb.
Yenixeber.org: Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya Federasiyasının Azərbaycan Respublikası ərazisində filialları fəaliyyət göstərən ali təhsil müəssisələrinə məxsusdur:

Dağıstan Dövlət Universiteti;

Cənubi Rusiya Humanitar İnstitutu;

Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;

Rusiya Dövlət Sosial Universiteti.

Qeyd edilib ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:

Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam