Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə iqtisadiyyatına zərbə: -yanğınların tüstüsü lirəni də vura bilər

 

İqtisadçı-alim: “Yanğınlar ölkənin valyuta bazarında əksini tapmaya bilməz, digər problemlər də qaçılmazdır...”

Yenixeber.org: Artıq 5 gündür ki, dəhşətli yanğın qardaş Türkiyənin cənub bölgəsini külə döndərir.  Ölkənin bir neçə bölgəsində yanğın nəzarətə alınsa da təhlükəsi vəziyyət davam edir. İyulun 28-də Antalyanın Manavqat bölgəsində başlayan və ardınca 30 fərqli bölgədə çıxan yanğınlar bəzi nöqtələrdə günlərdir davam edir.

Yanğınlarda həlak olanların sayı 8-ə yüksəlib. Minlərlə heyvan, meşə və əkin sahələri ilə bölgədəki yaşıllıqlar da külə dönüb. Yanğın təhlükəsi altında qalan kənd və qəsəbələrdən insanlar təxliyə edilir. Nazir Bekir Pakdemirli sayı getdikcə artan 132 yanğından 125-nin nəzarət altına alındığını vurğulayıb. Yanğınla mübarizədə iki yanğınsöndürən də dünyasını dəyişib. Türkiyə mediası onlardan şəhid deyə bəhs edib.

Qeyd edək ki, dünyanın bir çox ölkələrindən Türkiyəyə dəstək və təsəlli mesajları da göndərilir. Azərbaycan da daxil olmaqla, bir neçə ölkə isə həm də yardımlarını göndərməkdən çəkinməyib. Azərbaycan yanğınsöndürənlərinin qəhrəmanlığı, peşəkarlığı ilə  Türkiyə mediasının gündəmi zəbt edib. İş yoldaşlarından birinin təhlükəli zolaqda qaldığını eşidən yanğınsöndürənlərin bir nəfər kimi geriyə dönüb yanğının üstünə qaçması, özlərini təhlükəyə atması görənləri riqqətə gətirib.

Ərdoğan: “Türkiyə artıq saxta “erməni soyqırımı” iddialarından bezib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğından ən çox zərərə məruz qalan Manavqata səfəri zamanı bildirib ki, Türkiyədə yanğının ağır təsirinə məruz qalan 5 rayondakı məhəllələr fəlakət bölgəsi elan edilib. O, yanğınlarla mübarizədə hazırda 13 yanğınsöndürən təyyarənin fəaliyyətdə olduğunu söyləyib: ““Amfibiya” təyyarələrinin sayı Rusiya, Ukrayna, Azərbaycan və İrandan gələn yanğınsöndürən təyyarələrlə birgə artıb". Prezident yanğınların qəsdən törədilməsi ilə bağlı araşdırmaların davam etdirildiyini deyib.

Bununla yanaşı, Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yanğınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək. AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək. Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək, “Daha çox kömək etməyə hazırıq”, - deyib. Hazırda 16 təyyarə, 9 PUA, 45-dən çox vertolyot, 708 çiləyici və 4800 personal meşə yanğınları ilə mübarizə aparır.

Qardaş ölkəni bürüyən fəlakətin terror olması ehtimalı ilə bağlı yeni detallar da üzə çıxıb.  Belə ki, Türkiyənin cənub bölgələrini bürüyən və günlərdir ölkənin həyatını zəhərləyən meşə yanğınları ilə mübarizənin davam etdiyi bir vaxtda PKK terror təşkilatı yanğını özünün törətdiyini boynuna alıb.  PKK-ya bağlı olan sosial media hesablarında yanğınları “Alovun övladları təşəbbüsü”nün (“Ateşin Çocukları İnisiyatifi”) törətdiyi bildirilib. “Yeni Şafak” ttps://www.yenisafak.com/gundem/orman-yanginlarini-pkkya-bagli-atesin-cocuklari-ustlendi-3675400 qəzeti PKK terror təşkilatına bağlı “Alovun övladları” terror qruplaşmasının Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürdüyünü yazıb. Terror qruplaşmasının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər. “Türk rejimi başqa bir dil anlamadığına görə onları yanğınla diz çökdürməyin zamanı gəlib”, - terror qruplaşması sosial media hesabında yazıb. 

Türkiyə rəsmiləri hələlik təşkilatın açıqlamasını şərh etməyiblər. Daha əvvəl Türkiyənin ayrı-ayrı KİV-ləri meşə yanğınlarında PKK terror təşkilatı üzvlərinin əlinin ola biləcəyi ehtimalını irəli sürüb. Qeyd edilib ki, Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb. Dronlar və təhlükəsizlik kameraları ölkənin ayrı-ayrı yerlərində eyni saatda meşə yanğınlarının “Molotov kokteyli” vasitəsilə törədildiyini qeydə alıb.

Araşdırmalar davam edərkən hökumət tərəfindən yanğından zərər çəkən vətəndaşlara və sahibkarlara dəstək paketi də ayrılıb. Müxtəlif rəsmilərin ifadələrində 1 il ərzində zərər görən bütün tikililərin bərpa ediləcəyi və ya yenidən tikiləcəyi, yaşıllaşdırma işlərinə dərhal başlanacağıq, iş adamlarına uzunmüddətli kreditlər veriləcəyi açıqlanıb. Ölkənin ailə və sosial xidmətlər naziri Derya Yanık öz tvitter hesabında açıqlayıb ki, Türkiyədə meşə yanğınlarından zərər görmüş əyalətlərə vəsait ayrılıb.

Elşad Məmmədov: “Dünya iqtisadiyyatındakı sistem artıq effektivliyini  itirib”

Elşad Məmmədov

 

Türkiyəyə bu yanğınlardan dəyən iqtisadi zərəri və onun valyuta bazarındakı mümkün təsirlərini qiymətləndirən UNEC-in professoru, iqtisadçı alim Elşad Məmmədov bildirdi ki, yaxın vaxtlarda bunun lirənin məzənnəsinə təsirini də görə bilərik: “Türkiyə iqtisadiyyatında daxili dayanıqlıq, xüsusilə də valyuta bazarındakı dayanıqlıq, eyni dərəcədə ölkəyə gətirilən investisiyalar və kapital hərəkəti ilə bağlıdır. Türkiyənin xarici ticarətində ənənəvi olaraq defisit var, ixrac idxaldan xeyli dərəcədə azdır və defisit müşahidə olunur. Bu, defisitin qarşısının alınması və kapital hərəkəti ilə bağlıdır, investisiyaların  gəlməsi ilə bağlıdır”.

Türkiyə iqtisadiyyatının turizmdən asılılığını dilə gətirən ekspert vurğuladı ki, bu istiqamətdə çox böyük problemlər yaranacaq və investisiyanın ölkədən çıxışı da müşahidə oluna bilər: “Tədiyyə balansına baxsaq görərik ki, məhz turizmdən ölkəyə daxil olan valyutanın həcmi xeyli dərəcədə tədiyyə balansının tarazlaşdırılmasına, defisitin aradan qaldırılmasına şərait yaradır. Son günlər baş verən yanğınlar isə Türkiyənin valyuta bazarında bu öz əksini tapmaya bilməz, o baxımdan problemlər qaçılmazdır. Eyni zamanda investorların da həmin bölgədən qaçışı gözlənilir. Son illərdə Türkiyənin müstəqil daxili və xarici siyasətinin, o cümlədən iqtisadi siyasətinin aparılmasının bir çox güc mərkəzləri tərəfindən idarə olunması müşahidə olunur. Bu, lirənin zəifləməsinə şərait yaratdı, Türkiyə iqtisadiyyatındakı problemləri dərinləşdirmiş oldu. Faktiki olaraq Türkiyəyə qarşı belə bir təzyiq hiss olunur. Bu yanğınlar da həmin proseslərin xeyli dərəcədə dərinləşməsinə şərait yaradacaq. Təsirlər əsasən 3 istiqamətdə olacaq, valyuta bazarına təsir edəcək, investisiya qoyuluşu məsələsində problem yaranacaq, eyni zamanda da xidmət sektoru üzrə problemlər olacaq. Ətraf mühitə dəyən zərər də iqtisadi baxımdan çox yüksək rəqəmlərlə ifadə olunacaq. Bunun sosial tərəfi, ekoloji fəlakətə səbəb olmasını gözləmək olar. Elə zərər var ki, iqtisadi rəqəmlərlə ifadə olunmur, ancaq Türkiyənin ekoloji vəziyyətinə, əhalinin sosial durumuna ciddi zərbə dəydi”.


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam