Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Balakəndə COVID-19 pasportu olmayan -100-ə yaxın qonaq toya buraxılmayıb

Balakəndə COVID-19 pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Talalar və Tülü kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb.

Qayda pozuntuları ilə bağlı toy sahibləri Vüqar Şahverdiyev və Ramazan Əliyev barəsində protokol tərtib olunaraq hər biri 400 manat məbləğində cərimələnib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir nəticəsində isə şəhər ərazisində yerləşən "Balakən" şadlıq sarayında təşkil edilən toy məclisinə gələn qonaqlardan 100-ə yaxının COVID-19 pasportu olmadığı aşkarlanıb. Həmin qonaqlara mövcud qaydalara riayət etmələri izah olunub və onlar geri qaytarılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam