Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə kütləvi nümayişlər başlayıb

 

Fransada kütləvi nümayişlər başlayıb
Koronavirus infeksiyasına qarşı məcburi peyvəndin əleyhinə olan Fransa vətəndaşları etiraz aksiyalarına başlayıb.
Yenixeber.org: Bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Parisdə dörd yerdə etiraz yürüşü başlayıb. Şəhər sakinləri yürüşə Vilye metro stansiyasında başlayıb, Bastiliya istiqamətinə doğru hərəkət ediblər. Sonra isə onlar Yelisey sarayına doğru irəliləyəcəklər. Yelisey ətrafına 3 mindən çox polis və jandarm nəzarət edir.

Daha iki yürüş Luvr bölgəsindən başlayacaq və etirzçılar Fransanın Sosial Məsələlər və Səhiyyə Nazirliyinin binasına doğru gedəcək. Dördüncü nümayişin təşkilatçısı "Patriot" partiyasının rəhbəridir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə 31 iyul şənbə günü 160 minə qədər adam küçələrinə çıxacağı gözlənilir.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron koronavirusa qarşı peyvənd sertfikatı tələb olunan yerlərin siyahısını genişləndiyini açıqlayıb. Həmçinin, o bəzi kateqoriyadan olan insanların mütləq peyvənd ediləcəyi barədə xəbərdarlıq edib. Bununla əlaqədar olaraq minlərlə fransız etiraz aksiyası keçirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam