Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransada “sarı jiletlər” aksiyasının 24-cü aktı başladı

Fransada “sarı jiletlər” etiraz aksiyasının 24-cü aktı başlayıb.

Yenixeber.org:Məlumata görə, bu hərəkatın üzvləri sosial şəbəkələrdə etiraz aksiyaçılarına Strasburqda toplaşaraq Avropa Parlamentinə doğru yürüş keçirməklə bağlı “beynəlxalq” çağırış ediblər. Təşkilatçılar ümid edirlər ki, alman və belçikalı nümayişçiləri də cəlb edə biləcəklər. Polis prefekturası Strasburqda nümayişlə bağlı prefekturaya məlumat verilmədiyini bildirib.

Parisdə isə nümayişçilər bu dəfə medianın bu hərəkatla bağlı mövqeyinə qarşı çıxış edəcəklər. Belə ki, nümayişçilər “mediaya qarşı yürüş” şüarı ilə Radio France radio evindən başlayaraq TF1, CNews, France Televisions və BFMTV kimi media qurumlarının qarşısından keçəcəklərini bildiriblər.

Bəzi “sarı jiletlər” qrupu 1 may - Dünya Zəhmətkeşlərinin Həmrəyliyi Günü həmkarlar ilə birləşərək ümumi nümayiş edəcəkləri ilə bağlı məlumat yayıblar. Bu nümayiş “Ümumi cavab” şüarı altında keçiriləcək.

Parisdə Yelisey çölləri prospekti, Milli Assambleya və Məryəm Ana kilsəsi yaxınlığında nümayiş etmək qadağandır.

Lyon, Lill, Renn, Ruan, Tuluz şəhərlərində də nümayişlər davam etdiriləcək.(Azərtac


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam