Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Saatlıda polis əməliyyat keçirdi -4 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxsin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı şəhər sakini Fuad Nuriyev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı yüksək təsiredici xassayə malik narkotik maddə - metamfetamin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə həmin şəxsin evinə baxış keçirilən zaman oradan 3 qrama yaxın metamfetamin və 80 qram marixuana, eləcə də onun şəhər ərazisində yerləşən köhnə tikililərin birində gizlətdiyi çəkisi 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində Saatlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam