Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bakıda “patı” satan şəxs saxlanılıb -VİDEO

Bakıda “patı” satan şəxs saxlanılıb - VİDEO

Bakıda “patı” kimi tanınan metamfetamin satan şəxs tutulub.

Yenixeber.org: Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb. Bölmə əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş İmdan Heydərov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə, idarə etdiyi avtomobilə və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinə baxış zamanı külli miqdarda – 200 qrama yaxın heroin, 700 qram “patı” adlanan psixotrop maddə metamfetamin, 1 kiloqramdan artıq tərkibinə sintetik maddələr qatılan marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitə və psixotrop maddələr ümümilikdə 51 ədəd bükümdə olub. Bu isə onu deməyə əsas verir ki, İmdan Heydərov narkotik vasitələri satmaq üçün əldə edib. Saxlanılan şəxs ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində toplanan materiallar İstintaq Şöbəsinə göndərilib. İmdan Heydərov tutularaq istintaqa cəlb olunub. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam