Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya yeni hipersəs raketini sınaqdan keçirdi -VİDEO

Rusiya yeni hipersəs raketini sınaqdan keçirdi -    VİDEO
Rusiyanın hipersəs sürətli “Sirkon” ("Циркон") raketinin sınaqları uğurla keçib. Ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ağ dənizdəki “Admiral Qorşkov” gəmisindən buraxılan raket səsdən 7 dəfə sürətli uçaraq, Barents dənizi sahilindəki hədəfi 350 kilometr məsafədən məhv edib.
Yenixeber.org: “Zvezda” televiziyasına istinadla xəbər verir ki, Rusiya bu raketləri gəmi və sualtı qayıqlarında silahlanmaya daxil edəcək.


Yada salaq ki, prezident Putin 2018-ci ildə yeni hipersəs sürətli silah yaratdıqlarını deyərək, bildirmişdi ki, bu raketlər ABŞ-ın hava hücumundan müdafiə sistemlərinə yaxalanmadan dünyadakı istənilən hədəfi məhv etməyə qadirdir. 2019-cu ildə Rusiya prezidenti əgər ABŞ Avropada orta və uzaq mənzilli raketləri yerləşdirməyə davam edərsə, Amerikaya yaxın sularda üzən gəmi və sualtı qayıqların yeni hipersəs sürətli raketlərlə silahlandırılacağını bəyan etmişdi.


Qərb ekspertləri yeni silahın imkanlarına müəyyən şübhələrlə yanaşsalar da, onun sürətinin və manevr imkanlarının bu raketlərin yaxalanmasını çətinləşdirəcəyini etiraf edirlər.


Xatırladaq ki, Rusiyanın hipersəs sürətli daha iki raketi də var: “Avanqard” və “Kinjal”.

Hipersəs silahları – səsdən azı 5-6 dəfə sürətli hərəkət edən və bu zaman manevr qabiliyyətini saxlayan silahlara deyilir. Söhbət minimum 6120 km/saat, yaxud 5Max sürətdən gedir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam