Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müxtəlif ölkələrin Şimali Kiprlə əlaqələrinin yüksək səviyyədə qurulması əsas hədəfimizdir -Ərdoğan

Müxtəlif ölkələrin Şimali Kiprlə əlaqələrinin yüksək səviyyədə qurulması əsas hədəfimizdir -    Ərdoğan
“Başda Azərbaycan olmaqla, dünyanın müxtəlif ölkələrinin Şimali Kiprlə əlaqələrinin yüksək səviyyədə qurulması bizim əsas hədəfimizdir. Bunu davam etdirəcəyik”.
Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O bildirib ki, səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatarla təkbətək heyətlərarası görüşü olacaq.

Ərdoğan Şimali Kiprlə bağlı müjdəli xəbəri parlamentdə çıxışı zamanı açıqlayacağını deyib. O, kiprli türklərin yarım əsrdən çox adada bərabərlik və ədalət uğrunda mübarizə apardıqlarını qeyd edib. Türkiyə prezidenti bildirib ki, Kipr Türk xalqı bərabər tərəfdaş olduqları adada suveren hüquqa və beynəlxalq statusa sahibdir.

Qeyd edək ki, R.T.Ərdoğan səfər zamanı E.Tatarla bir sıra layihələrin təməl atmasında iştirak edəcək. Onunla bərabər səfərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və rəsmi böyük heyət də iştirak edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam