Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəhərlərarası gecə avtobus reysləri -bərpa edildi

Şəhərlərarası gecə avtobus reysləri bərpa edildi
Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi. Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir.
Yenixeber.org: Dövlət Avtomobil Nəqliyyat Xidmətindən verilən məlumata görə, daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qərarı əsasında bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcək.

Qeyd edək ki, Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq.

Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam