Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Naxçıvana quru yolu ilə reyslər bərpa olunub-FOTO

 

Naxçıvana quru yolu ilə reyslər bərpa olunub
Xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrut xəttinin bərpa edilməsinə dair Azərbaycan tərəfi İran İslam Respublikasına müraciət edib.
Yenixeber.org: Dövlət Avtomobil Nəqliyyat Xidmətindən verilən məlumata görə, Azərbaycan ilə İran arasında daşımalara dair mövcud razılığa əsasən Azərbaycan tərəfinin müraciətinə cavab olaraq Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.

Azərbaycan vətəndaşlarının keçidi üçün neqativ PRC testinə ehtiyac yoxdur. Lakin zərurət olarsa sərhəddə yerləşən tibbi personal tərəfindən sərnişinlərdən test götürülə bilər.

Məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə- əvvəlcədən təyin olunmuş məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.

Eyni zamanda, iyul ayının 15-dən etibarən xüsusi karantin rejimi ilə əlaqədar olaraq fəaliyyəti məhdudlaşdırılan şəhərlərarası (rayonlararası) gecə reysləri də bərpa olunur.

Sərnişinlər həm Naxçıvan, həm də gecə reysləri üzrə biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə müraciət edə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam