Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Naxçıvan - bu ölkənin vətəndaşları üçün viza rejimini ləğv etdi

Naxçıvan bu ölkənin vətəndaşları üçün viza rejimini ləğv etdi

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

Yenixeber.org: Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir.

Məlumatda deyilir:

"İran İslam Respublikası vətəndaşları Naxçıvan Muxtar Respublikasına səfər etdikləri zaman onlara Culfa, Şahtaxtı və Sədərək sərhəd-nəzarət məntəqələrində muxtar respublikaya giriş üçün 5 (beş) avro məbləğində dövlət rüsumu alınmaqla 15 gün qalma müddətli birdəfəlik giriş icazəsi, muxtar respublika ərazisindən hava yolu ilə Bakı şəhərinə və ya Azərbaycan Respublikasının digər rayonlarına səfər edə bilmələri üçün isə sadalanan sərhəd nəzarət məntəqələrində 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumu alınmaqla 30 gün qalma müddətli birdəfəlik (adi) giriş vizası rəsmiləşdirilməkdədir.

Bununla birlikdə 01 dekabr 2019-cu il tarixdən etibarən yuxarıda adıçəkilən sərhəd-nəzarət məntəqələrində İran İslam Respublikası vətəndaşları üçün rəsmiləşdirilən 15 günlük giriş icazələri və birdəfəlik (adi) giriş vizaları ləğv ediləcəkdir. İran İslam Respublikası vətəndaşları həmin tarixdən heç bir viza və ya giriş icazəsi tələbi olmadan muxtar respublika ərazisinə 15 gün müddətinə səfər edə biləcəkdir".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti noyabrın 26-da Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarının viza tələbindən azad edilməsi haqqında qərar verib. Qərarı Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev imzalayıb.

Məlumat üçün deyək ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği də azaldılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam