Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Naxçıvanın işdən qovulan nazirinin həbsi gözlənilir -növbəti xəbərimiz rəsmən təsdiqləndi


Ötən gün xəbər vermişdik ki, Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov dünən işə gələrək kollektivlə vidalaşıb. Əldə etdiyimiz məlumata görə, naziri Naxçıvan Ali Məclisinin Sədrinin nitq söylədiyi iclasda yatdığı üçün cəzalandırıblar.
Yenixeber.org: Bu gün əldə etdiyimiz məlumatlar isə A.Cabarovun işinin biz gözlədiyimizdən daha fırıq olduğunu düşünməyə əsas verir. 
Belə ki, Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbovun bu gün imzaladığı Fərmanla Azad Cabbarov rəsmən işdən qovulub. Fərmanda deyilir:
 
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:


 
Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin”.
 
Göründüyü kimi, bizim dünənki məlumatımız rəsmən öz təsdiqini tapsa da, fərmanda nazirin niyə işdən çıxarıldığı barədə heç bir məlumat verilmir. Bizim aldığımız yeni məlumata görə isə, Azad Cabarovun nazir olduğu 10 il ərzindəki fəaliyyəti dərindən yoxlanılıb və ciddi yeyinti faktları aşkarlanıb. İddialara inansaq, Cabbarovun əməlində korrupsiya faktı o qədər böyükdür ki, artıq barəsində cinayət işi belə, açıla bilər.
 
Qeyd edək ki, Naxçıvan ictimaiyyəti nazir adı daşıyan Azad Cabbarovu facebook səhifəsində onun-bunun qarasına əxlaqsız sözlər yazmaqla tanımışdı. Hətta statuslarının birində millət vəkili Qüdrət Həsənquliyevi də təhqir etmişdi. Bir neçə il bundan əvvəl baş verən bu nalayiq hərəkətə görə, Qüdrət Həsənquliyev dəfələrlə nazirin cəzalandırılmasını tələb edirdisə də, Vasif Talıbov özünü eşitməzliyə vururdu. İndisə Cənab sədr qarşısında adi bir mürgü əxlaqsızlıqdan daha böyük günah kimi qəbul edilib və nazir dərhal işdən uzaqlaşdırılb. Bu da azmış kimi, onun fəaliyyəti dövründə əməlli-başlı korrupsiya ilə məşğul olduğu aşkarlanıb.(ovqat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam