Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Erməni hərbçilər qəzaya düşüb-ölən və yaralananlar var

 

Ermənistanda hərbçilər qəzaya düşüb,    ölən və yaralananlar var
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının idarə etdiyi iki avtomobilin toqquşması nəticəsində bir neçə hərbçi ağır xəsarət alıb.
Yenixeber.org: Ermənistan mətbuatı bildirir ki, iyulun 12-də saat 02:10 radələrində Yerevan-Yerasx avtomobil yolunun 16-cı kilometrliyində 27 yaşlı hərbi qulluqçu Ruben Qriqoryanın idarə etdiyi “Opel” markalı avtomobil Ermənistan ordusuna məxsus hərbi avtomobilə çırpılıb. Nəticədə “UAZ Pikap” markalı avtomobil aşıb və bir neçə hərbçi müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yol nəqliyyat hadisəsi zamanı xəsarət alan hərbi qulluqçular 28 yaşlı X.Narek, 23 yaşlı S.Qrişa, 30 yaşlı T.Hraç, 26 yaşlı S. Seryoja və hələlik adı bilinməyən daha bir hərbçi “Erebuni” tibb mərkəzinə təxliyə edilib.
Yaralanan hərbçilərdən birinin yolda öldüyü bildirilir. Hadisə yerinə mülki polislər, eləcə də Ararat və Vayots Dzor vilayət hərbi polis şöbəsinin əməkdaşları cəlb olunub.

Müayinə zamanı məlum olub ki, hadisə Ermənistan ordusunun 556-cı əlahiddə motoatıcı alayının içkili vəziyyətdə olan hərbi qulluqçusunun - “Opel”in sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.
“UAZ Pikap” markalı avtomobil isə Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrini 22-ci briqadasına məxsusdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam