Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstanda azərbaycanlılar qəzaya düşüb - Ölən və yaralılar var

Gürcüstanda azərbaycanlılar qəzaya düşüb - Ölən və yaralılar var
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenixeber.org: Hadisə bu gün saat 19:00 radələrində qeydə alınıb.

Məlumata görə, Marneuli-Qırmızı Körpü magistral yolunun Tsereteli kəndindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ötmə əməliyyatını yerinə yetirərkən yolun əks istiqamətindən gələn “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Minik maşınına daha sonra arxasınca gələn digər “Ford” markalı avtomobil çırpılıb.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Xəsarət alan orta yaşlı qadın isə xəstəxanaya çatdırılarkən yolda keçinib. Xəsarət alanlar arasında 2 azyaşlının olduğu bildirilir.

Yerli sakinlərin sözlərinə görə, qəzaya uğrayan hər üç avtomobil Marneuli sakinlərinə məxsus olub, həlak olanlar azərbaycanlılardır.

Hadisə yerinə polis patrul xidmətinin əməkdaşları cəlb edilib, Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam