Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MEDİA Agentliyi açıqlama yaydı: -Maliyyələşmədən kənarda qalanlar…

MEDİA Agentliyi açıqlama yaydı: Maliyyələşmədən kənarda qalanlar…

Yenixeber.org: Açıqlama mətnini təqdim edirik:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərini təbrik edir.

Media subyektlərinin, jurnalistlərin, bu sahədə fəaliyyət göstərən ekspertlərin müsabiqənin keçirilməsi ilə bağlı təklifləri nəzərə alınmış, müsabiqə yalnız çap mediası deyil, eyni zamanda onlayn media subyektlərini də əhatə etmiş, ilk dəfə olaraq idman məzmunlu xəbərlər istehsal edən veb-saytlara da layihədə iştirak hüququ tanınmışdır.

Agentlik müsabiqənin qiymətləndirməsində obyektivlik prinsiplərini və müasir standartları əsas götürmüşdür.

Əmək şəraiti və redaksiya heyətinin minimum tələblərə cavab verməsi, onlayn media subyektlərinin gün ərzində ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməsi əsas götürülmüş, çap mediası subyektlərinin tiraj və yayıma dair normalar müəyyənləşdirilmişdir.

Qiymətləndirmə zamanı media subyektlərinin oxunaqlılıq dərəcəsini müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərin, plagiat materialların həcmi, dizaynın müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının aktivliyi kimi meyarlar nəzərə alınmışdır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə bütün media subyektlərinə bərabər şərait yaratmış, layihə jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasını, peşə etikası qaydalarına riayət olunması kimi təməl prinsiplərə əməl edilməsini hədəfləmişdir.

Onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqəyə ümumilikdə 96 veb-sayt müraciət etmiş, mövcud maddi imkanlar nəzərə alınmaqla müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan olunmuşdur.

Son zamanlar media subyektlərinin öz fəaliyyətini qanunvericiliyə uyğun təkmilləşdirməsi, operativlik, şəffaflıq və digər mühüm meyarlara uyğunlaşdırması istiqamətində ciddi səylər göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilir və gələcəkdə də mediamızda bu meyllərin davamlılığının təşviqi üçün zəruri addımlar atılacaqdır.

Müsabiqələr gələcəkdə də davam etdiriləcək, növbəti aylar ərzində fəaliyyətini müəyyən edilmiş qaydalara uyğunlaşdıran veb-saytlar yenidən həmin müsabiqələrdə iştirak edə biləcək, qiymətləndirmə meyarlarına cavab verdikdə və daha yüksək göstəricilər nümayiş etdirdikdə isə qalib olmaq imkanı qazanacaqlar.

Medianın İnkişafı Agentliyi sağlam media mühitinin formalaşmasına verdikləri töhfə üçün dəyərli media subyektlərinə minnətdarlığını bildirir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam