Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya telekanalı -Azərbaycana qarşı təxribat törədib

Rusiya telekanalı Azərbaycana qarşı təxribat törədib

Rusiyanın TVC (ТВ Центр) federal televiziya kanalında Azərbaycana qarşı təxribat törədilib.

Yenixeber.org: Telekanalın efirində yayımlanan xəbərlər proqramında Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindən "Zaqafqazskiy uzel" adlı reportaj efirə verilib.

Jurnalist Vera Kuzminanın müəllifi olduğu reportajda Dağlıq Qarabağ ayrıca ölkə kimi təqdim olunub. Azərbaycana qarşı təxribatçı fikirlərin yer aldığı reportajda Xankəndidəki erməni sakinlərlə müsahibələr də yer alıb.

V. Kuzmina reportajda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirakını təxribat adlandırıb.

Daha sonra jurnalist Dağlıq Qarabağda ermənilərin çoxunun Ermənistan deyil, Rusiya pasportu almalarını arzuladığını bildirib. Reportajda yer alan Xankəndinin erməni sakinləri müsahibələrində təhlükəsizlik üçün Rusiya vətəndaşı olmalarının və Qarabağın Rusiyanın tərkibində yer almasını istədiklərini vurğulayıblar. Beləliklə, Rusiyada erməni lobbisinin sifarişi ilə hazırlanan bu təxribatçı süjetdə üç məqam diqqəti çəkir: Jurnalist tərəfindən Dağlıq Qarabağın ayrı “dövlət” kimi təqdim olunması, erməni sakinlərin Rusiya vətəndaşlığı almaq istədiklərini qabartması və Azərbaycanın 44 günlük Vətən müharibəsini təxribat kimi qiymətləndirməsi.

Qeyd edək ki, TVC Moskva hökumətinin (meriya) kanalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam