Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna telekanalı -Prezidentin mətbuat konfransı barədə xüsusi reportaj yayımladı

Ukrayna telekanalı Prezidentin mətbuat konfransı barədə xüsusi reportaj yayımladı
Ukraynanın nüfuzlu “1+1” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb.
Yenixeber.org: Reportajda Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərində yerli əhalinin reinteqrasiyası, Azərbaycan və erməni əhalisinin birgə yaşayışına dair fikirləri yer alıb.

“Ağdam Qafqazın Xerosiması adlandırılır”, - deyən jurnalist, həmçinin reportajda Ağdam məscidinin dağıdılmasından görüntülər təqdim edir, ümumilikdə şəhərin dağıdıldığını qeyd edir. Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmədiyini vurğulayan ukraynalı jurnalist ərazilərin minalardan necə təmizlənməsi barədə ətraflı məlumat verib.

Reportajda, həmçinin işğaldan azad olunan ərazilərdə infrastruktur layihələr barədə fikirlər də yer alıb. Füzuli rayonunda beynəlxalq hava limanının, yeni magistral yolun tikintisi barədə də məlumat verilib.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam