Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Bu məkanda gündüzlər qanunsuzluq, gecələr əxlaqsızlıq yaşanır -VİDEO

 
Redaksiyamıza Qaradağ rayon Lökbatan və Xocahəsən ərazisində yerləşən "Meyvəli bazar" adı ilə tanıdığımız "Meyvəli Ticarət Mərkəzi" ilə üzbəüz dayanmış "TIR" sürücülərinin sözügedən ərazidə yaratdığı natəmizlik və əxlaqa zidd davranışları barədə məlumat daxil olmuşdur.

Yenixeber.org: Daxil olan məlumatlarda bildirilir ki, "TIR" sürücüləri avtomobilləri "dayanma-durma qaydaları"nı kobudcasına pozmuş, digər maşınların hərəkətinə mane olan şəkildə yolun kənarında parklamışlar. Özü də tək bununla da kifayətlənməyib, içki şüşələri, çörək qırıntıları, yemək artıqları, və s digər məişət tullantıları ilə ərazidə antisanitar vəziyyət yaradırlar.

Hələ bu da azmış kimi "TIR"lara yük vuran fəhlələrdən biri sərxoş vəziyyətdə, qadın iç geyimləri geyinib, gündüz saatlarında cəmiyyətin sıx hərəkət etdiyi məkanda sözün əsl mənasında "hoqqa" verir. Bundan əlavə yüngül əxlaqlı qadınlar və cinsi azlıqların nümayəndələri ilə maşınların içində intim münasibətdə olurlar.

Verilən məlumatda o da bildirilir ki, Bütün bunlar barəsində əvvəllər ərazidə çalışan şəxslər tərəfindən Qaradağ rayon Polis Şöbəsinə məlumat verilib. Məlumat verildikdən sonra Qaradağ polisi tərəfindən sözügedən vəziyyətin qarşısı alınıb.
Lakin, nədənsə bir müddətdən sonra eyni ərazidə, eyni vəziyyət yaşanmağa başlayıb və hazırda da davam edir.

Ərazi polisinin məsələdə xəbərdar olmasına baxmayaraq, vəziyyətin "öz axarıyla" hələ də davam etməsi onu düşünməyə Əsas verir ki, yəqin ərazi polisi "TIR" sürücüləri ilə "kompromisə" gedib, "ortaq razılaşma" əldə edib ki, bu gün həmin sürücülər öz iyrənc fəaliyyətlərini bu cür sərbəst şəkildə davam etdirirlər.
(Hətta, mənbə bildirir ki, onların bu cür sərbəstliyinə polis özü şərait yaradır.)

P.S: Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da qarşı tərəf dəsdəyi qaldırmadı.

Ardından Qaradağ rayon Polis idarəsi ilə əlaqə saxladıq.

Dəstəyi qaldıran növbətçi polis bizi dinləyib, məsələdən hali olan kimi, dərhal bizə bir söz demədən dəstəyi Növbətçi köməkçisi Polis baş serjantı Fərid Kazımova ötürdü.

Daxil olan məlumat barədə F.Kazımova da bildirdikdə, Kazımov cavab verməkdən yayınmağa çalışaraq, əvvəlcə israrlı şəkildə rəsmi ərizə ilə müraciət etməmizi bildirdi. Cavabında "KİV" haqqında qanunun 8-ci bəndinə əsasən şifahi mövqe öyrənmək ixtiyarımız olduğunu diqqətə çatdırdıq. Bu zaman isə F.Kazımov ərazi üzrə bölmə ilə əlaqə saxlamağımızı tövsiyyə etdi. Biz, baş idarə olduğu üçün onlarla əlaqə saxladığımızı, məsələ ilə bağlı onların münasibətini öyrənmək istədiyimizi bildirdik. Məlumatımıza onu da əlavə etdik ki, redaksiyamıza daxil məlumatlarda bildirilir ki, əvvəllər də bu hallar barəsində Qaradağ rayon Polisinə məlumat verilib və qarşısı alınıb. Lakin, bir müddət sonra yenidən təkrar olunmağa başlayıb. Hazırda da davam edir.

Bizi dinlədikdən sonra F.Kazımov cavabında:
- "Fso daa, müəllim. Yığışdırılıb daa" - dedi.

F.Kazımovun bu cavabı bizi məsələni təkrar izah etməyə məcbur etdi.
- "Fərid müəllim, biz deyirik, bu əvvəllər olub. Yanılmıramsa ötən il. Lakin, indi yenidən təkrar olunmağa başlayıb."

F.Kazımov bundan sonra yenə də bizi ərazi üzrə bölməyə yönləndirməyə çalışdı.

Doğrudur, cavab verməkdən israrla yayınmağa çalışdığı üçün F.Kazımov ilə söhbətimiz biraz uzun çəkdi. Lakin, qısa olaraq diqqətinizə çatdırırıq ki, sonda F. Kazımov əlaqə nömrəmizi istədi və rəisə məruzə edib, sonra bizimlə əlaqə saxlayacağını bildirdi.

Lakin, təəssüflər olsun ki, hələ də Qaradağ rayon Polis idarəsi tərəfindən bizimlə əlaqə saxlayan olmayıb.

Növbəti gün yenidən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev ilə telefon əlaqəsi saxlayıb sözügedən ərazidə baş verən qanuna və əxlaqa zidd hallar barəsində məlumat verdik. Elşad müəllim isə həmin məlumatları yazılı şəkildə DİN-nin rəsmi Facebook səhifəsinin inboksuna göndərməyimizi bildirdi.

Biz də öz növbəmizdə daxil olan məlumatların hər birini yazılı şəkildə Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsinin inboksuna göndərmişik.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam