Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vətəndaşlar BNA-dan narazıdır, tədbir görülsün- video

Vətəndaşlar BNA-dan narazıdır, tədbir görülsün
Vətəndaşlar paytaxt küçələrində avtomobillərini park edərkən problem yaşayırlarsa, BNA bunun həllini tapmalıdır.

Yenixeber.org:    Bu sözləri aktyor, rejissor Kənan Mahmudovun (Kənan MM) BNA-nın ünvanına səsləndirdiyi ittihamlara və sürücülərə cərimədən yayınmaq üçün göstərdiyi üsula münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O bildirib ki, paytaxtda bir neçə nəfər də sözügedən üsulla BNA-nın cərimələrindən boyun qaçırmağa çalışır:

“Daha çox taksi sürücüləri bu yolla dayanma-durma qaydalarını pozur və məsuliyyətdən yayınmağa çalışırlar. Amma bu, çıxış yolu deyil. Bu məsələlər ətrafında ciddi düşünmək lazımdır. Əgər tanınmışlar da bu yolla məsuliyyətdən boyun qaçırırlarsa, ciddi tədbirlər görmək lazımdır, cəmiyyətdə bununla bağlı narazılıq var. Bir müddət əvvəl BNA ilə bəzi tanınmışlar arasında da bənzər problem yaranmışdı”.

Ekspert Bakı Nəqliyyat Agentliyinin bütün küçələri “dayanma-durma qadağandır” işarələri ilə “bəzədiyini” vurğulayıb:

“Problemin həll yolunu tapmaq lazımdır. Paytaxtın bəzi küçələrində maşınların saxlanılması üçün ya məkan ayrılmayıb, ya da sıxlıq nəzərə alınmadan park yerləri salınıb. Düzdür, Kənan Mahmudov məsələsində BNA açıqlama yaydı ki, yaxınlıqda, yolun sağ və solunda avtomobillərin park yeri var. Amma bəzi yerlərdə, məsələn, Neftçilər prospektində yolun bir başından o biri başına kimi maşınların saxlanılması qadağandır. Hesab edirəm ki, bu, düzgün deyil.

Eləcə də Bakı Dövlət Universitetinin qarşısındakı Bəxtiyar Vahabzadə küçəsində yalnız sol zolaqda səkiyə paralel şəkildə maşınların saxlanılmasına icazə verilib. Amma orada nəqliyyatın intensiv hərəkəti yoxdur. Yalnız dərs vaxtları sıxlıq olub. Düşünürəm ki, həmin ərazidə hər iki tərəfdə səkiyə paralel avtomobillərin saxlanılmasına və ya sol tərəfdə onların perpendikulyar saxlanılmasına icazə verilsə, daha yaxşı olar. Cəmiyyəti narazı salmaq düzgün deyil. Əgər ictimaiyyətdə bu qədər narazılıq varsa, məsələyə bir daha baxmaq lazımdır”.

Qeyd edək ki, ötən gün rejissor Kənan Mahmudov (Kənan MM) Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə dayanma-durma qaydalarına riayət edilməsi üçün şərait yaratmamasından şikayətlənib. O, sürücülərə maşını saxlayan zaman qapısını açıq qoyaraq, BNA-nın cərimələrindən yaxa qurtarmağın mümkün olduğunu bildirib. (Kult.az)

Sözügedən videonu təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam