Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəlbəcərdə göldə boğularaq ölən zabitlə -vida mərasimi keçirilir

Kəlbəcərdə göldə boğularaq ölən zabitlə vida mərasimi keçirilir

Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.

Yenixeber.org: Hazırda onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edir.

O, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam