Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Ermənilər -bu kəndi də boşaldırlar

Ermənilər bu kəndi də boşaldırlar

Azərbaycan-Ermənistan sərhəddinə yaxın ərazidə yerləşən Xoznavar kəndinin sakinləri evlərini tərk edərək, Cermux və yaxın rayonlara yerləşməyə başlayıblar.

Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı yerli sakinlərə əsasən məlumat yayıb. Məlumatda deyilir ki, Xoznovar sakinlərinin evlərini tərk etməsi və ətraf rayonlarda yerləşmələrinin səbəbi kəndin yaxın günlərdə Azərbaycana veriləcəyi ilə bağlı xəbərlərin yayılmasıdır. Belə ki, erməni sakinlərə deyiblər ki, sərhədlərin müəyyən edilməsi prosesi yaxın vaxtlarda başlayacaq və xəritəyə əsasən kənd Azərbaycana verilməlidir.

Bundan başqa, Xozanavar sakinləri Azərbaycan Ordusu kəndin yaxınlığında mövqe qurduqdan sonra problemlə üzləşdiklərini deyiblər. Onlar bildiriblər ki, artıq heyvanlarını otarmaq üçün sahələri yoxdur. Həmçinin su və digər məsələlərdən də əziyyət çəkirlər.

Bəzi məlumatlara görə, sözügedən kəndin əhalisinin artıq yarısı evlərini tərk ediblər. Onların çox Cermux şəhərində qərarlaşıblar. Onlardan biri Vvaro Qriqoryan deyib ki, müharibəyə qədər Laçında yaşayıb. "Oradakı evimi müharibədə itirdim. Sonra Xoznavara daşındım. Artıq ordan da çıxmışam və Cermuxda kirayə qalıram. Artıq ikinci evimi də itirdim. Bizə dedilər ki, yaxın vaxtlarda Xoznavar Azərbaycana veriləcək. Ona görə də, kənddən çıxdıq və bura yerləşdik". /Milli.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam