Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

AVRO-2020:Belçika da 1/8 finala yüksəldi

 

AVRO-2020: Belçika da 1/8 finala yüksəldi

Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.

Yenixeber.org: Məlumata görə, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. 27 yaşlı forvard 1 dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.

Fasilədən sonra "qırmızı şeytanlar" hesabda dönüş etməyi bacarıb. 55-ci dəqiqədə Torqan Azar, 70-ci dəqiqədə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da yenən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi 1/8 finala növbəti vəsiqəyə sahib çıxıb. İlk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.

Qeyd edək ki, B qrupunda II turun digər görüşündə Rusiya Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam