Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Sevilya" -6-cı dəfə UEFA Avropa Liqasının qalibi oldu

Dünən UEFA Avropa Liqasında 2019/2020 mövsümünə yekun vurulub.

Yenixeber.org:  Turnirin final oyununda İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i üz-üzə gəlib.

Almaniyanın Köln şəhərində keçirilən matçda 3:2 hesablı qələbə qazanan La Liqa klubu titula sahib çıxıb.

Matçda hesab erkən açılıb. 5-ci dəqiqədə Romelu Lukaku penaltidən fərqlənərək "İnter"i önə keçirib. Lakin "Sevilya"nın bu qola cavabı çox gecikməyib. Cəmi 7 dəqiqə sonra Lük de Yonq tarazlığı bərpa edib. Niderlandlı hücumçu 33-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb. Bu dəfə də ispaniyalıların sevinci uzun çəkməyib. 3 dəqiqə sonra Dieqo Qodin hesabı bərabərləşdirib. İlk hissə heç-heçə başa çatıb.

İkinci yarı da qarşılıqlı hücumlarla başlayıb. Buna baxmayaraq, fasilədən sonra cəmi 1 qol vurulub. Dieqo Karlos 74-cü dəqiqədə görüşdə son nöqtəni qoyaraq "Sevilya"ya Avropa Liqasında 6-cı çempionluğu qazandırıb. Bununla da əndəlusiyalılar özlərinə məxsus rekordu yeniləyiblər.

Qeyd edək ki, "Sevilya" UEFA Avropa Liqasında mübarizəyə "Qarabağ"ın da yer aldığı A qrupunda başlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam