Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hüquqşünas aclıq aksiyası keçirir -"Mehdiyevin kürəkəninin qanunsuz hərəkətlərini açıqladım..."

"2020-ci ilin may ayından başlayan müraciətlərim bu günə kimi nəticəsiz qaldı. Ali Məhkəmənin sədrinə ünvanladığım ərizəyə cavab olaraq bildirilib ki, ilkin olaraq prokurorluq orqanlarına müraciət etməliyəm. Buna görə ərizəmin baxılmamış saxlanılması barədə qərar qəbul edilib".

Yenixeber.org: Bunu hazırda açlıq aksiyası keçirən hüquqşünas Əlabbas Rüstəmov Prezident İlham Əliyev media vasitəsi ilə ünvanladığı müraciətində bildirib. O, 5. 4 il həbs cəzası çəkib, 31.10.2019-cu il tarixdə azadlığa buraxılıb.

Hüquqşünas ittiham olunduğu cinayət işi üzrə bəraət verilməsini tələb edir.

Ə. Rüstəmov deyir ki, Baş Prokurora ünvanladığı müraciətlərlə verilən cavabda qeyd olunub ki, iş üzrə yeni açılmış hal kimi, Ali Məhkəməyə müraciət etməlidir. Sonrakı müraciətlərinə isə cavab ala bilməyib.

"14.03.2021-ci il tarixdən etibarən müddətsiz aclıq aksiyasına başladım və 4 gün aksiya keçirdim ki, bəlkə tədbir görməyə başlayarlar. 5-ci günü, Baş Prokurorluğun dəftərxanasına telefon açaraq müraciətimin aqibəti ilə maraqlandım. Bildirdilər ki, bu müaciətim Ali Məhkəmənin səlahiyyətlərinə aid olduğundan ora göndərilib",-deyə vəkil yazır.

Müraciətlərinin ölkə başçısına çatdırılmadığını iddia edən hüquqşünas bildirir ki, nəyin bahasına olursa-olsun onu susdurmağa çalışırlar: "Buna səbəb, Ramiz Mehdiyevin kürəkəninin qanunsuz hərəkətlərini, sabiq Vergilər naziru Fazil Məmmədovun təşkilatçılığı ilə 15 gün ərzində 312 milyon manat məbləğində büdcə vəsaitinin mənimsənilməsini və bu kimi digər faktları ictimailəşdirməyim olub...".

Ə. Rüstəmov ölkə rəhbərliyinə müraiətində bu işdə adları keçən şəxslərin məsuliyyətə cəlb edilməsinə və barəsində bəraət hökmünün çıxarılmasına yardım etməyi xahiş edir.

Qeyd edək ki, hüquqşünas tələblərinin yerinə yetirilməsi ilə bağlı iyunun 7-dən müddətsiz aclıq aksiyası keçiririr. O, bildirib ki, sona qədər aksiyanı davam etdirmək niyyətindədir.

 

"azpolitika" 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam