Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

G7 bu ölkələrə 2,3 milyard doza vaksin ayıracaq

 

“Böyük Yeddilər” (G7) inkişaf etməkdə olan ölkələrə 2022-ci ilin sonuna qədər 2,3 milyard doza vaksin ayıracaq.

Yenixeber.org: Bu barədə qərar İngiltərədə Kornuoll qraflığında keçirilən G7 sammitində qəbul edilib. Bu vaksinlərin əksəriyyəti COVAX platforması üzərindən paylanacaq. Bu gün keçirilən mətbuat konfransında Almaniya Baş naziri Angela Merkel bildirib ki, pandemiyaya ancaq qlobal səylə qalib gəlmək olar: “Pandemiyadan çıxış yolu vaksindir. Biz dünən bu məsələni geniş müzakirə etdik və 2022-ci ilin sonuna qədər inkişaf etmiş ölkələrə 2,3 milyard doza vaksin ayrılmasına qərar verdik”.

A. Merkel dünya ölkələrini Ümumdünya Səhiyyə Təşkilatına kömək etməyə və COVAX platformasını möhkəmləndirməyə çağırıb: “Almaniya COVAX çərçivəsində kasıb ölkələrə 350 milyon doza vaksinin ayrılmasını maliyyələşdirir”.

Almaniya Baş naziri vaksinin istehsal coğrafiyasını genişləndirməyə çağırıb və Afrikada vaksin istehsalına başlanılmasını təklif edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam