Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dünya bazarında -neft bahalaşıb

Dünya bazarında neftin qiyməti ötən gün azaldıqdan sonra yenə bir qədər yüksəlib.

Yenixeber.org: Bakı vaxtı ilə saat 8.50-yə olan vəziyyətə görə, “Brent” markalı neftin iyun fyüçersləri 0,76 faiz bahalaşaraq 62,62 ABŞ dollarından, WTI markalı neftin may fyüçersləri də 0,95 faiz bahalaşaraq 59,21 dollardan satılıb.

Qeyd edək ki, ötən gün qiymətlərin 4 faizdən çox azalması OPEC+ ölkələri tərəfindən hasilatın artırılmasına həmahəng olaraq tələbatın da artacağına dair şübhələrdən irəli gəlib. Belə ki, son olaraq OPEC+ çərçivəsində hasilatın gündəlik ixtisarı may ayından 6,55 milyon barelədək, Səudiyyə Ərəbistanının könüllü olaraq birtərəfli əlavə ixtisarı da nəzərə alınmaqla 7,3 milyon barel, iyun ayında 6,6 milyon barel, iyulda da 5,76 milyon barel olacaq.

Həmçinin İranın nüvə proqramına dair Müştərək Əhatəli Fəaliyyət Planı (JCPOA) komissiyasının 2 aprel tarixli onlayn görüşündə ABŞ-ın tam şəkildə müqaviləyə qayıtması ehtimalını qəbul edərək bu həftə Vyanada keçiriləcək iclas zamanı İrana qarşı sanksiyaların ləğv olunması və nüvə sahəsindəki tədbirlərə dair qərarlar verməyi nəzərdə tutulması da bazarda əks-səda yaradıb.

“Məncə, nüvə sazişinə dair danışıqlar və koronavirusa yoluxmaların artması qiymətlərin xeyli dəyişkən olacağına dəlalətdir”,– İNG xammal strategiyası şöbəsinin rəhbəri Uoren Paterson “Bloomberg”ə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam