Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda -pensiya yaşının aşağı salınması təklif edilir

Azərbaycanda pensiya yaşının aşağı salınması təklif edilir

“Azərbaycanda orta ömür çox aşağıdır. Ona görə də pensiya yaşını aşağı salmaq lazımdır”.

Yenixeber.org: Bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Mən keçən iclas zamanı bir neçə məsələyə toxundum. Amma təəssüflər olsun ki, suallarıma cavab ala bilmədim. İndi vətəndaş II, III qrup pensiya almaq üçün orqanizminin neçə faizini itirməlidir? Buna cavab verilsin. Deputatlar bu qanuna səs verəcəklər. Sonra gedəcəklər öz seçicilərinin yanına. Seçiciləri də deyəcək ki, siz nəyə səs vermisiniz? Ona görə də müvafiq nazirlik bu faizlərə aydınlıq gətirməlidir. Mən bu məsələlərə aydınlıq gətirilmədən bu qanunun lehinə səs verə bilmərəm”, - deputat vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam