Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəndin otlaq sahəsində çətənə bitkiləri yetişdirən şəxs saxlanıldı

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan yenixeber.org-a  verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Upa kəndi ərazisində yerləşən otlaq sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin Giləzi qəsəbə sakini Aydın Səfərov olduğu müəyyən edilib.

 Şöbə əməkdaşları tərəfindən otlaq sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 31 ədəd çətənə kolu maddi sübut kimi götürülüb, qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı A.Səfərov narkotik tərkibli bitkiləri may ayında əkdiyinin və şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam