Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Narkotik tərkibli bitkilər becərən şəxs saxlanıldı-Siyəzəndə

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zarat kənd sakini Ramil İlyasov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin yaxınlığında yerləşən və nəzarət etməsi üçün ona tapşırılan bağ sahəsinə keçirilən baxış zamanı, oradan R.İlyasov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək becərilmiş 120 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı R.İlyasov narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam