Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Ermənistan terrorla məşğuldur” -“Əl-Cəzirə” Kəlbəcərdəki hadisədən yazdı

“Ermənistan terrorla məşğuldur” -  “Əl-Cəzirə” Kəlbəcərdəki hadisədən yazdı
Qətərin dünyaca məşhur "Əl-Cəzirə" saytı dünən Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan media nümayəndələri ilə bağlı geniş məqalə dərc edib.

Yenixeber.org: Məqalədə faciəvi hadisə barədə Azərbaycanın aidiyyəti dövlət qurumlarının yaydığı məlumatlara istinad edilib, həlak olan və ağır xəsarətlər alan şəxslər haqqında açıqlamalar yer alıb.
"Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, cümə günü yerli vaxtla təxminən saat 11:00-da tank əleyhinə minaya düşən yük maşınının partlaması nəticəsində 3 nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Həlak olanlar yerli rəsmi nümayəndə olan Arif Əliyev, dövlət xəbər agentliyi "AzerTac"da çalışan Məhərrəm İbrahimov və dövlət televiziyası "AzTV" kanalının jurnalisti Sirac Abışovdur.


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hadisədən dərindən kədərləndiyini bildirərək Ermənistanı minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırıb. Azərbaycan hökuməti dəfələrlə Ermənistanı bu cür xəritələri təqdim etməkdən imtina etməkdə günahlandırıb.

"Hər gün bu tələbin yerinə yetirilməsindən imtina edirlər, daha çox həyat təhlükə altındadır!"-deyə Bayramov "Tvitter"də yazıb.

Sayt, həmçinin xatırlatma edib ki, faciəvi hadisənin baş verdiyi Kəlbəcər rayonu ötən ilki müharibədən sonra Azərbaycana qaytarılmış bölgələrdən biridir.

Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlıdan sitat gətirən "Əl-Cəzirə" onun Ermənistan dövlətini beynəlxalq hüququ pozmaqda günahlandırdığını yazıb. "Minalar bu yaxınlarda Kəlbəcərin ərazisinə qoyulub. Bu, o deməkdir ki, Ermənistan dövlət səviyyəsində terror və təxribatla məşğuldur. Beynəlxalq ictimaiyyət təcili olaraq bu məsələyə reaksiya göstərməlidir”,- deyə E.Şıxlı bildirib.

Həmçinin məqalədə qeyd edilir ki, yazı nəşr edilənə qədər Ermənistan rəsmiləri partlayışla bağlı hər hansı bir şərh verməyiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam