Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Parlamentdə Şuşaya -“Qəhrəman şəhər” adının verilməsi təklif olunub

#

“Şuşada muzeylər tarixi abidələr məhv edilib, darmadağın edilib”.

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, Bülbülün muzeyi də darmadağındır: “Bu ev muzeyi təmir edilsə belə, onun bir hissəsinə toxunulmasın. Gələn turistlər də ermənilərin əməllərinin şahidi olsun. Təklif edirəm ki, hətta bu məsələ “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda da əksini tapsın”.

Deputat Şuşaya “Qəhrəman şəhər” adının verilməsini təklif edib: “Şuşa bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azaddır. Buna görə də Şuşada Azərbaycanın qəhrəman hərbçilərinin şərəfinə abidə kompleksi də ucaldılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam