Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ağsuda -polis qadının itmiş pulqabısını tapıb        

        

 

Bakı şəhər sakini bir qadın DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək içərisində bank kartları, pul, sənədlər olan pulqabısını Ağsu rayonu ərazisində naməlum şəraitdə itirdiyini bildirib və tapılmasında köməklik göstərilməsini xahiş edib.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Ağsu Rayon Polis Şöbəsinin ərazidə xidmət aparan əməkdaşları bu barədə məlumatlandırılıb və vətəndaşın pulqabısının tapılması üçün zəruri tədbirlər görülüb. Asayış keşikçiləri qısa zaman ərzində qadını sevindirməyi bacarıb. Belə ki, həmin pulqabı rayon ərazisindəki restoranların birində tapılaraq tam şəkildə sahibinə təhvil verilib.

         Qadın müraciətinə operativ reaksiya verdiklərinə görə polislərə öz minnətdarlığını bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam