Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tahir Salahov -dəfn olundu

Tahir Salahov dəfn olundu - FOTO

Xalq rəssamı Tahir Salahov I Fəxri Xiyabanda dəfn edilib.

Yenixeber.org: Dəfn mərasimində dövlət və ictimaiyyət nümayəndələri iştirak edib. Dəfnə Mədəniyyət naziri Anar Kərimov da qatılıb.

Dünya şöhrətli rəssamın məzarına ölkə başçısı İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyevanın, Mədəniyyət, Təhsil, İqtisadiyyat nazirlikləri, eləcə də Rəssamlar İttifaqının adından əklillər qoyulub.

Mərhum Xalq rəssamı böyük Azərbaycan alimi Lütfi Zadənin qəbrinin yanında torpağa tapşırılıb.

Yazıçı Natiq Rəsulzadə bildirib ki, biz Tahir Salahovun timsalında böyük sənətkarı itirdik: "Tahir Salahovun yeri hər zaman görünəcək. O, bizim dünyada tanınan böyük rəssamlarımızdan idi. Tahir müəllim rəssamlıq sənətinə möhrünü vurmuş sənətkarlarımızdandır. Allah rəhmət etsin".

Qeyd edək ki, Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam