Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lavrov Tahir Salahovun sərgisində - Foto

Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın xalq rəssamı Tahir Salahovun sərgisi keçirilib.

Yenixeber.org: Tədbirdə çıxış edən S.Lavrov sərginin Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” keçirilməsinə razılaşdığı üçün T.Salahova təşəkkür edib.

“Bu ideya Azərbyacan paytaxtı Bakıda yarandı. İstədik ki, Tahir Salahovun yaradıcılığı ilə moskvalılar da yaxından tanış olsunlar. Yaxşı ki, sərgi baş tutdu. Tahir Salahov bütün mükafatlara və adlara sahibdir. Mən sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər və yeni yaradıcılıq uğurları arzu edirəm”, - S.Lavrov deyib.

T.Salahov jurnalistlərə açıqlamasında Bakıda keçirilən sərgisində Rusiyanın XİN başçısı S.Lovrovun iştirak etdiyini xatırladıb və onu Rusiya Xarici İşlər Nazirliyinin ordeni ilə təltif etdiyini diqqətə çatdırıb: “Bakıda Sergey Lavrov mənim sərgimin Moskvada, Xarici İşlər Nazirliyində keçirmək istədiyini bildirdi. Mənim sərgimin keçirildiyi bu ev dünyada dostuluğun və qardaşlığın imza atıldığı bir məkandır. Mən sərgimin burada keçirilməsindən qürur duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlərin portiretləri nümayiş olunur. Biz gərək onları unutmayaq”.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Mixail Şıvıdkoy, Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova ilə yanaşı, Rusiyanın və Azərbaycanın ictimai-siyasi və mədəniyyət xadimləri də iştirak ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam