Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Sünikdə Paşinyana etirazlardan sonra -saxlanılanlar var

Ermənistanın Sünik bölgəsində əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən sonra bir neçə vətəndaş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Yenixeber.org: Bu barədə Ermənistan Baş Polis İdarəsinin rəis müavini Ara Fidanyan jurnalistlərə açıqlamasında bildirib.

Bundan əvvəl səhər saatlarında isə Mehri şəhərinin meri Mxitar Zakaryanın hüquq-mühafizə orqanları tərəfindən İrəvana aparıldığı açıqlanmışdı.

Fidanyan barəsində cinayət işi başlanılmış Zakaryanın prosessual vəziyyəti barədə suala cavabında bildirib ki, bu, istintaq prosesindən sonra aydınlaşdırılacaq. Onun sözlərinə görə, vətəndaş hüquq-mühafizə orqanlarına aparıldıqdan dərhal sonra prosessual status ala bilmir.

"Əgər hərəkətlərində cinayət tərkibinin olmadığı ortaya çıxsa, ona qarşı heç bir tədbir görülməyəcək",-deyə Fidanyan əlavə edib.

Xatırladaq ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin cənubuna səfəri etirazlarla müşayiət olunub. Syunik bölgəsinin Əkərək kəndində Paşinyan "Nikol vətən xainidir", "Nikol, get!" şüarları ilə qarşılanıb.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Kəndi tərk etməyə məcbur qalan Paşinyan Mehri və Kəcəranı ziyarət etməkdən də imtina etməli olub. Ermənistan mətbuatında gedən məlumatlara görə Paşinyan təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Əkərək şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam