Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları -topçu Vüsalla görüşüblər

 

Ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan Vətən müharibəsi bizə həm də doğma torpaqlarımız uğrunda hər an canından belə keçməyə hazır olan yeni-yeni gənc, igid döyüşçülərimizi tanıtdı.

Yenixeber.org: Bu yolda şəhid olanların xatirəsi dillərdə dastana çevrildi, qazilərimizin hünəri dillərdə dolaşır. Hələ döyüşlərin şiddətli vaxtında hər atəşdə mənfur düşmənin başına od ələyən Vüsal Şahkərimovun atəşdən dərhal sonra, necə deyərlər, lülədən qopan alov sönməmiş çəkilən şəkli onu “Topçu Vüsal” kimi medianın gündəmində çox populyarlaşdırdı. Nələr demirdi bu şəkil bizə?! Döyüşçülərimizin hünəri, cəsarəti elə bil ümumiləşmişdi bu bir anda, gənc döyüşçü qürurundan dağ kimi görünürdü. Elə düşməni də lərzəyə salan ordumuzdakı hər əsgərin belə ruh yüksəkliyi, qəddini-qamətini dik tutması, düşmənə meydan oxuması idi...

Düşmənə tuşlanmış sonuncu mərmisini atmasından 5 aydan artıq vaxt keçir. Vüsalın bu günlərdə doğulub, boya-başa çatdığı Xaçmaz rayonunun Qusarçay kəndinə, evinə məzuniyyətə gəldiyini eşidib bilənlər döyüşçülərimizə, qazilərimizə hörmət və ehtiramın ifadəsi olaraq onu görməyə gəlirlər.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qurupundan bildirildiyinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da igidimizlə görüşmək üçün onun yaşadığı ünvana gediblər.

İgid topçu ilə görüşən RPŞ-nin rəis müavini Vüqar Orucov və şöbənin əməkdaşı Ülfan Əhmədov 30 ilə yaxın işğalda olan torpaqlarımızın  cəsur oğullarımızın canı-qanı bahasına azad edildiyini qeyd edərək, müharibə zamanı Silahlı Qüvvələrimizin, qorxmaz döyüşçülərimizin göstərdikləri hünəri xalqımızın qəhrəmanlıq tarixinin mühüm səhifəsi kimi dəyərləndirib, qələbənin əldə olunmasında xidmətləri olan hər bir hərbi qulluqçunun fədakarlıqlarının daim xatırlanacağını bildiriblər.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam