Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MÜHARİBƏ İŞTİRAKÇILARININ SOSİAL TƏMİNATI... - Vətən Müharibəsində zəhməti olan hər bir övladımızın haqqı verilməlidir!

 

 

 

 

 

Şanlı qələbəmizlə başa çatan Vətən Müharibəsi nəticəsində minlərlə şəhid və qazilərimiz oldu. Əlbəttə ki, onların hər biri və ailələri ən yüksək diqqət və qayğıya layiqdirlər.

Yenixeber.org: Məlum olduğu kimi, artıq şəhid ailələri və qazilərimizin sosial təminatı ilə bağlı bəzi addımların atılmasına, təqaüdlər, sosial müavinətlər və s. təyin edilməsinə dair qərarlar verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb.

Bununla yanaşı, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Yəqin ki, şəhid ailələri və qazilərimizin layiqli həyat şəraitinin təminatı üçün digər müvafiq tədbirlər də görüləcək.

 

 

Hansı ki, onların hər biri cəngavər kimi döyüşüb, hər an şəhid olmaq, yaxud yaralanmaq təhlükəsilə üz-üzə qalıblar. Bəs, qələbəmizdə şəksiz, böyük payı, zəhməti olan bu oğullarımızı necə mükafatlındıracağıq? Müharibənin gedişində də məlum oldu ki, yumruq kimi birləşməmizə rəğmən, yenə də ən ön cəbhədə döyüşən əsgərlərimizin böyük əksəriyyəti imkansız, kasıb ailələrin üzvləri, sosial durumu zəif olan şəxslərdir. Bunu şəhid və yaralı əsgərlərimizin mənzil şəraiti, sosial təminatı ilə bağlı sosial şəbəkələrdə yayılan çoxsaylı video və fotolar da təsdiqləyir.

 

 

Eyni durumda olan çoxlu sayda Vətən Müharibəsi iştirakçısı, həyatını gözünü qırpmadan Vətən uğrunda fəda etməyə hazır olmuş, böyük zəhmət çəkmiş oğullarımız var. Bəs onların sosial təminatı və imtiyazları barədə hökumət nə düşünür və ümumiyyətlə bu istiqamətdə hansısa addımların atılacağı gözlənilirmi? 

Təəssüf ki, hələlik bu mövzuda hər hansı millət vəkili, yaxud hökumət üzvündən açıqlamaya, rəyə rast gəlinməyib.

Xatırladaq ki, Birinci Qarabağ Müharibəsinin iştirakçılarına, yəni veteranlara cəmi 80 manat müavinət verilir. Əgər hər hansı yeni qərar verilməsə, belə çıxır ki, Vətən Müharibəsi iştirakçıları da eyni miqdarda müavinət alacaqlar. Ancaq bu məbləğin nə qəhrəman əsgərlərimizin fədakarlığına, nə də mövcud sosial-iqtisadi reallığa uyğun olmadığı şübhəsizdir. Ona görə də yaxşı olar ki, hökumət bu məsələyə də diqqət göstərsin və Vətən Müharibəsi iştirakçılarına sosial təminat və imtiyazlarla bağlı xüsusi layihə hazırlasın və icra etsin.

 

 

Unutmamalıyıq ki, vətənimiz olduqca gərgin və hər zaman alışmağa hazır olan regionda yerləşir. Və bu savaşın sonuncu savaş olduğuna da heç kəs təminat verə bilməz. Əksinə, istər Ordumuzun daha da gücləndirilməsi, istərsə də Vətənin müdafiəsinin ən şərəfli iş, peşə olmasının təbliğinə nail olmaq lazımdır. Bunun üçünsə Vətən Müharibəsində zəhməti olan hər bir övladımızın haqqı verilməlidir.(azpolitika)

C.Məmmədov 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam