Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şəhid ailələri ilə görüş keçirildi

 

Polis polkovnik-leytenantı Həmid Həsənov: “Şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcudur”.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumatda bildirilir ki, Şuşa şəhərinin işğaldan azad olunması və Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə Xaçmaz Rayon Polis Şöbəsində şəhid ailələri ilə görüş keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

1988-ci il hadisələrindən sonra Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qəhrəmancasına azad olunmasından fəxrlə danışan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov torpaqlarımızın hər qarışı uğrunda canını fəda edən, ölümün gözünə dik baxaraq şəhid olan igid oğullarımızın sayəsində qələbəyə imza atdığımızı bildirib.

Qeyd olunub ki, cəmi 44 gün ərzində düşmənin keçilməz saydığı sədləri yararaq Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, kəndlərin, qəsəbələrin, strateji yüksəkliklərin və noyabr ayının 8-də Azərbaycanın musiqi beşiyi, Qarabağın gözü olan Şuşa şəhərinin işğaldan azad edilməsi bizim bir xalq olaraq birliyimizin bariz nümunəsi idi. Müharibəni dayandırmaq üçün dövlət başçımıza edilən təzyiqlər bitib-tükənməsə də xalqımızın gücünə, birliyinə arxalanan möhtərəm Prezidentimiz güclü iradə nümayiş etdirdi. Əsl tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması uğrunda diplomatiyamız da siyasət meydanının ön cəbhəsində oldu. Biz hər iki cəbhədə qalib gəldik və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Vətən uğrunda şəhid olan igid oğullarımızın ailələrinə başsağlığı verən H.Həsənov şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb və onların əziz xatirlərinin hələ bundan sonra yüz illər boyu yaşayacağına inamını ifadə edib. Politoloq Ağacan Məmmədov bu tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda tezliklə abadlıq və quruculuq işlərinə başlanacağını, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarını diqqətə çatdırıb.

Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri də ölkə və DİN rəhbərliyinə, eləcə də Xaçmaz Rayon Polis Şöbəsinin kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

*****

Qarabağın işğaldan azad olunması münasibəti ilə Xaçmaz şəhərində da avtoyürüş keçirilib. Keçirilən yürüş zaman Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilmiş, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində lazımi bütün tədbirlər görülmüşdür.

Nizam Həmidov,

polis baş leytenantı

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam