Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Neft yenidən bahalaşmağa başladı

                Neft bazarında hakim olan nikbinlik nəticəsində qiymətlər yenidən qalxmağa başlayıb.

Yenixeber.org: “Brent” markalı neftin iyun fyuçersləri 0,23 faiz bahalaşaraq 66,73 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,13 faiz bahalaşaraq 63,23 dollardan satılıb.

Xatırladaq ki, ötən gün neft qiymətləri 5 faizədək artıb. Hazırda bazarda bərqərar olan nikbinlik yenə də təkliflə tələbat arasındakı tarazlıqla bağlıdır. Belə ki, dünən ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində son iki ayda ən kəskin azalaraq 492,4 milyon barelədək gerilədiyi hökumət tərəfindən elan edilib, Beynəlxalq Enerji Agentliyi (IEA) isə 2021-ci ildə neftə tələbata dair proqnozunu artırıb.

“Energy Aspects”in ekspertlərinin WSJ-yə bildirdikləri kimi, dünyada neftə tələbat qeyri-bərabər də olsa, bərpa olunur. Həmçinin ABŞ-da iqtisadi artımla bağlı rəqəmlər də neft bazarındakı nikbinliyə təkan verir. Belə ki, mart ayında pərakəndə satışların həcmi 9,8 faiz artıb ki, bu da 2020-ci ilin may ayından bu yana ən yüksək göstəricidir.(“Prime”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam