Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bu gündən -MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir


Bu gündən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlanılacaq.

Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək. Müsahibələr başa çatdıqdan sonra apelyasiya prosesinin təşkili nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam