Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sənəd qəbulu -bu gün başa çatır

Sənəd qəbulu bu gün başa çatır
Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu bu gün başa çatır.
Yenixeber.org: Təhsil Nazirliyindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 23:59-dək müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

Bu il ilk dəfə olaraq fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi də nəzərdə tutulur. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.

Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılmış 24 imtahan mərkəzində karantin rejiminin müvafiq tələbləri çərçivəsində təşkil ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzləri mövcud sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya ediləcək.

Xatırladaq ki, 2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də fevralın 13-dək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam