Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qaxda polis əməkdaşları reyd keçirib-FOTOLAR

 Qaxda polis əməkdaşları reyd keçirib, karantin qaydalarını pozanlar barəsində inzibati tədbirlər görülüb

 Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax Rayon İcra hakimiyyəti və Polis Şöbəsi əməkdaşlarının birgə iştirakı ilə şəhər ərazisində növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org verilən məlumata görə, reyd zamanı fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, həmçinin hərəkətin intensiv olduğu açıq ictimai məkanlarda yoxlamalar aparılıb.

Həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı bəzi vətəndaşların qaydalara riayət etmədiyi aşkarlanıb. Belə ki, əvvəllər dəfələrlə izahedici söhbətlər aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də analoji qayda pozuntularına yol verən sahibkarlara rast gəlinib. Həmin şəxslər barəsində polislər tərəfindən qanunvericiliyə uyğun tədbir görülüb.

Həmçinin, Polis Şöbəsində obyekt sahibləri və icarədarlarla görüş təşkil olunub ki, burada da Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar və göstərişlərə uyğun fəaliyyət göstərməyin vacibliyi onların diqqətinə çatdırılıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam