Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağdaşda reyd

Ağdaşda ictimai iaşə müəssisələrində reyd keçirilib, qaydaları pozanlar cərimələnib

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində sanitar-karantin rejim qaydalarının pozulduğu ictimai iaşə müəssisələri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının da iştirakı ilə keçirilən reyd zamanı karantin rejimi qaydalarına əməl etməyən, eləcə də sanitar–epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe, restoran və çayxanalar aşkarlanıb. Polis və AQTA əməkdaşları sahibkarlar və icarədarlarla profilaktik söhbətlər aparıb, tələblərə riayət etmələrinin həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin, gözəllik salonlarında, bərbərxanalarda, mağazalarda və digər qapalı məkanlarda  da reyd davam etdirilib. Polis əməkdaşları bəzi icarədarların, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiklərini aşkarlayıblar.

Ümumilikdə,  qaydaları pozduqları üçün 2 çayxananın fəaliyyəti dayandırılıb, 11 şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam