Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Stalinin bu qohumunun 2 milyonu oğurlanıb

İosif Stalinin qohumu, Böyük Vətən müharibəsi veteranı Leonid Alliluyev fırıldaqçıların qurbanına çevrilib.
Yenixeber.org: Alliluyev oğruların iki dəfə ondan pul qoparmağa çalışdığını, birinci cəhddə buna nail olduqlarını deyib. Dələduzlar ona zəng vuraraq özlərini bank işçisi kimi təqdim edib, bununla veteranın hesab şifrəsini öyrəniblər. Nəticədə Stalinin qohumundan iki milyon rubl oğurlayıblar.

Maraqlıdır ki, bu hadisədən sonra həmin dələduzlar yenidən veterana zəng edərək, bu dəfə özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim ediblər. Onlar hakerlərin veteranın pullarını oğurlamağa cəhd etmələri barədə məlumat veriblər. Yalançı polislər deyiblər ki, Alliluyevin evinə gələcəklər, buna görə onlara 3,5 milyon rubl verilməlidir.

Alliluyev polisə zəng edərək, qarət olunduğunu bildirib. Pul almaq üçün veteranın evinə gələn bir qız polislər tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam