Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycanlını diri-diri basdıran avtoritet kimdir? –ŞOK TƏFƏRRÜAT

 

Borcu müqabilində Moskvada diri-diri basdırılan 41 yaşlı azərbaycanlı iş adamı hadisənin təfərrüatlarını danışıb.

Yenixeber.org:   Rusiya KİV-nə istinadən xəbərə görə, aprelin sonlarında Salayevin ərzaq biznesindən həmkarı olan Abbas Nişadov (ad və soyad dəyişdirilib) ondan 1,5 milyon rubl borcunu tələb edib. Salayevin sözlərinə görə, həmin pulu ondan əslində əmisi oğlu almışdı, lakin borcu ödəmək ondan tələb edilib.

Pulu ala bilməyəcəyini gördükdə isə Nişadov yardım üçün Prokladka ləqəbli kriminal avtoritetə müraciət edir. Avtoritet zəng edərək Salayevi Nişadovun ofisində görüşə çağırır. Salayev ofisə gəldikdə onu 50 silahlı şəxs mühasirəyə alır. Avtoritet bildirir ki, artıq borcu 1,5 milyon rubldan 30 milyona kimi qalxdı. Salayev həmin pulu ödəməkdən imtina etdikdə isə onu döyməyə başlayırlar, daha sonra maşına qoyaraq qəbiristanlığa aparırlar.

O, başı çöldə qalmaqla torpağa basdırılır. Bu vəziyyətdə iş adamı gecə yarısından səhər saat 4-ə kimi qalır.

Qurbanın telefonuyla onun qardaşı İsmayıla zəng edən cinayətkar dəstə borcları müqabilində Hikmətin yerini söyləyəcəklərini deyirlər. İsmayıl milyon rubldan bir qədər çox pul və qardaşı ilə özünün maşınını girov müqabilində onlara verir.

Baş verən insidentdən sonra Hikmət oğurlanması ilə bağlı polisə ərizə yazmaq istəsə də, polislər onu qəbul etməyiblər. Salayev iddia edir ki, polislər ona “azərbaycanlılar bu problemi özlərinə məxsus həll edirlər” deyiblər.

Daha sonra Salayevin şikayəti əsasında işə Baş Cinayət Axtarış İdarəsi qoşulur və tezliklə Nişadov saxlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam