Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qobustanda torpaq sürüşməsi olub -40-dan çox evə ziyan dəyib

Qobustanın Cəyirli kəndində torpaq sürüşməsi baş verib.

Yenixeber.org: Sürüşmə nəticəsində kənd ərazisində 40-dan çox evin divarlarında irili-xırdalı çatlar əmələ gəlib. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus 2 yaşayış ev tam qəzalı vəziyyətə düşdüyündən evlərdə yaşayış üçün təhlükəli vəziyyət yaranıb.

Qeyd edək ki, son vaxtlar Qobustana yağan qar və yağışdan sonra rayonun Cəyirli kəndində yenidən torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artıb, bəzi evlərə ciddi ziyan dəyib. Hazırda bir neçə evin tavanında, döşəməsində, yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanlar yaranıb.

Kənd sakini Vidadi Axundova məxsus yaşayış evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşdüyündən, artiq 2 gündür, ailə üzvləri evi boşaldaraq qohumlarının evində qalmaq məcburiyyətində qalib. Sakinlərim sözlərinə görə, sürüşmə hər gün davam edir, evlərdə yararanan xırda çatların əhatəsi böyərək təhlükəli vəziyyət yaradır.

Sakinlər deyir ki, Cəyirli kəndində ilk torpaq sürüşməsi 2003-ci ildə baş verib. Sürüşmə zamanı bəzi evlər qəzalı vəziyyətə düşdüyü üçün dövlət tərəfindən həmin evlərin sahiblərinə kompensasiya verilib, bəzi ailələr başqa əraziyə köçürülüb. 19 il idir ki, Cəyirli kəndində sürüşmə baş verməsə də, bu il yenidən aktivləşmə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam