Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Siyasi partiyaların sədrləri -Qarabağa gedəcək

Siyasi partiyaların sədrləri Qarabağa gedəcək

Siyasi partiya rəhbərlərinin Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfəri nəzərdə tutulur.

Yenixeber.org: Bu barədə Milli Cəbhə Partiyasının rəhbəri, deputat Razi Nurullayev məlumat verib.  Partiya sədri səfərə dəvətli olduğunu söyləyib.

Siyasi partiya rəhbərlərinin Qarabağa səfəri martın 17-də gerçəkləşəcək. Səfərin təşəbbüskarı  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.

“Səfərdə nə qərar qəbul ediləcək, hansı bəyanat olub-olmayacaq - bununla bağlı əvvəldən məlumat yoxdur. Yəqin ki, müvafiq şöbə səfər zamanı təkliflərini səsləndirəcək.

Ümumilikdə isə səfərlə bağlı foto və videoları, informasiyaları sosial şəbəkələrdə rus, ingilis, Azərbaycan dillərində paylaşacağıq. Tərəfimizdən müəyyən fikirlər, açıqlamalar, bəyanatlar səsləndiriləcək. Səfərdən sonra Milli Cəbhə Partiyası olaraq bəyanatımızı dünya ictimaiyyətinə çatdıracağıq”, - R.Nurullayev deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam