Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Prezidentin təltif etdiyi general kimdir? -FOTO

Prezidentin təltif etdiyi general kimdir? - FOTO

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Yenixeber.org: Sərəncamla general-mayor İlqar Məmmədov “İgidliyə görə” medalı ilə mükafatlandırılıb.

Bəs İlqar Məmmədov kimdir?

İ.Məmmədov 1991-ci ildə SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə  Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikasının Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib.

1992-2013-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini – qərargah rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Prezidentinin 2008-ci il 11 mart tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ona Prezident İlham Əliyevin 2014-cü il 8 mart tarixli sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

İ.Məmmədov hazırda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisidir, o, bu vəzifəyə 2014-cü ildə təyin edilib.

Prezidentin təltif etdiyi general kimdir? - FOTO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam