Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Nəcməddin Sadıkov da istefaya çağırıldı–26 ildir ki...

 

Nəcməddin Sadıkovu da istefaya çağırdılar –

Son günlər yaşlı məmurların istefaya göndərilməsi media və sosial şəbəkələrdə də müzakirəyə səbəb olub. Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovdan sonra Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra bir neçə məmurun da istefaya göndilməsi ilə bağlı iddialar səslənidirib.

Yenixeber.org: Bu arada hüquq müdafiəçisi, jurnalist Samir Kazımlı Azərbaycan Silahlı qüvvvələrinin baş qərargah rəisi Nəcməddin Sadıkovu istefaya çağırıb. 

Bu barədə Samir Kazımlı sosial şəbəkədə yazıb. O bildirib ki, Sadıqov orduya ziyan vuran genarallardandır: “İşdən çıxarılmalı əsas şəxslərdən biri də Nəcməddin Sadıkovdur. Orduya ən çox ziyan vuranlardandır o”, – hüquq müdafiəçisi bildirib.

Nəcməddin Hüseyn oğlu Sadıkov 1956-cı ildə Dərbənd şəhərində anadan olub. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib.

1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.

26 ildir ki, Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsini icra edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam